Rusiya Prezidenti Vladimir Putin Qara dənizdə neft tankerlərinin bombalanmasına mütləq cavab verəcək. NEWS.ru müxbirinin verdiyi məlumata görə, bu barədə Moskvada keçirilən böyük mətbuat konfransı və canlı sual-cavab sessiyasında Rusiya Prezidenti Vladimir Putin bildirib. Prezidentin sözlərinə görə, Kiyevin hücumları heç bir təsir göstərməyəcək və təchizatda fasilə yaratmayacaq. Putin vurğulayıb ki, Ukrayna sığorta haqlarını artırmağa çalışıb.

Bu, gözlənilən nəticəni verməyəcək və heç bir təchizatı pozmayacaq, yalnız əlavə təhlükə yaradacaq. Prezident bildirib ki, biz mütləq cavab verəcəyik.
Putin həmçinin Ukraynanın Qara dənizdə tankerlərə hücumlarını piratçılıq adlandırıb. Dövlət başçısı qeyd edib ki, Kiyev əvvəllər də Rusiya dəniz limanlarına hücum etməyə cəhd göstərib.
Dekabrın 2-də günəbaxan yağı ilə Gürcüstana gedən Rusiya tankeri "Midvolqa 2", Türkiyə sahillərindən 80 dəniz mili məsafədə hücuma məruz qalıb. Gəmidə 13 heyət üzvü olub, amma gəmi kömək istəməyib.
Mənbə: News.ru
Tərcümə etdi: Əli Balayev
