Son bir həftə ərzində aparılan nəzarət tədbirləri çərçivəsində Sumqayıt şəhəri, Quba, Ağdam və İsmayıllı rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz məhv edilməsi halları aşkar edilib.
24media.az bildirir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti açıqlama yayıb.
Bildirilib ki, aparılan araşdırmalar zamanı Sumqayıt şəhərinin Kamran Hüseynov küçəsində, Quba rayonunun Bad kəndində, Ağdam rayonunun Əliağalı kəndində, eləcə də İsmayıllı–Qaraməryəm avtomobil yolunun Balik kəndi ərazisindən keçən hissəsində ağacların qanunsuz kəsilməsi faktları müəyyən olunub. Nəticədə yaşıllıqlara ümumilikdə 297 min 40 manat məbləğində ziyan dəydiyi hesablanıb.
Qeyd olunub ki, aşkar edilən hər bir fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq hüquq-mühafizə orqanlarına göndərilib.
Aytac Musayeva
