Bu gün:

Azərbaycan–Polşa hərbi tibb əməkdaşlığı genişlənir


Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Polşa Respublikasının Silahlı Qüvvələri arasında 2025-ci il üzrə imzalanan ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində Bakıda hərbi tibb sahəsində çalışan mütəxəssislərin iştirakı ilə görüş təşkil olunub.

24media.az bildirir ki, Baş Klinik Hospitalda hərbçilərin müayinə və müalicəsi üçün bütün növ şəraitin yaradılması, yüksək peşəkarlığa malik tibbi personalın həvəslə fəaliyyət göstərməsi xüsusi vurğulanıb.

Azərbaycan və Polşa arasında hərbi tibb sahəsində təcrübə mübadiləsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi və peşəkar hazırlığın artırılması istiqamətində işçi görüşlərin davam etdiriləcəyi qeyd olunub.

Görüşdən sonra Polşa nümayəndə heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını və digər hərbi tibb müəssisələrini ziyarət edib, yaradılan şəraitlə yaxından tanış olub.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et