Kanadalı idman geyimi brendi "lululemon" 2026-cı ildə genişmiqyaslı beynəlxalq ekspansiya planını açıqlayıb. Şirkət altı yeni ölkədə rəsmi mağazaların açılışına çalışır. Yeni bazarlar sırasında Yunanıstan, Polşa və Hindistan da yer alır.
Brendin rəhbərliyi bildirib ki, bu addım "lululemon"un qlobal mövcudluğunu gücləndirməyə, xüsusilə də Avropa və Asiya bazarlarında mövqeyini möhkəmləndirməyə yönəlib. Genişlənmə strategiyası çərçivəsində həm fiziki mağazalar, həm də rəqəmsal satış kanalları inkişaf etdiriləcək.
Mütəxəssislərin fikrincə, "lululemon"un yeni ölkələrə daxil olması aktiv həyat tərzinə və yüksək keyfiyyətli idman geyiminə artan qlobal tələbatla bağlıdır. Şirkət, həmçinin yerli bazarların xüsusiyyətlərini nəzərə alan kolleksiyalar təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, "lululemon" son illərdə stabil maliyyə göstəriciləri və güclü brend imici ilə beynəlxalq moda və idman geyimi bazarında ən sürətlə böyüyən şirkətlərdən biri hesab olunur.
Mənbə: harpersbazaar.com
Tərcümə etdi: Şehrin Musayeva
