Bondi qətliamının ən gənc qurbanı 10 yaşlı Matildanın dəfn mərasimində xalası icmanı qəzəbi sevincə çevirməyə çağırıb. Bunun səbəbi kimi Matildanın və onun sayəsində ətrafdakıların da həmişə şən olması qeyd edilib.

Xalası Lina Çernıx BBC-yə verdiyi müsahibədə bildirib ki, yəhudi icması antisemitizmin aradan qaldırılması üçün tədbir görmək istəməkdə haqlıdır, elə o özü də bunu istəyir.
Lakin Lina vurğulayıb ki, Matilda həmişə sevinc paylayan və getdiyi hər yerdə sevgi yayan bir uşaq olub. Onun şərəfinə icmanı da eyni şeyi etməyə çağırıb.
"Dünyada çoxlu qəzəb var, amma biz Matildanın sevincini və sevgisini unutmamalı, onun irsini davam etdirməliyik", – deyə xala bildirib.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
