Bu gün:

Bondi sahilindən sağ qurtulan Akram 15 qətldə ittiham olunur


Sidneyin Bondi çimərliyində baş verən kütləvi silahlı hadisədə sağ qalan şübhəli Naveed Akram Yeni Cənubi Uels polisi tərəfindən 59 ittihamla, o cümlədən 15 qətl və bir terror aktı törətmə ittihamları ilə məhkəməyə verilib.

Onun 50 yaşlı atası Sacid Akram hadisə yerində polislə atışma zamanı həlak olub.

Hanukanın ilk gecəsinə həsr olunmuş tədbirdə Avstraliyanın yəhudi icmasını hədəf alan hücum nəticəsində 15 nəfər həyatını itirib, onlarla insan isə yaralanıb.

Bu, ölkədə 1996-cı ildən bəri qeydə alınan ən ölümcül silahlı insidentdir hadisəsidir.


Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et