İtaliyanın şimalında yerləşən Stelvio Milli Parkında yaşı təxminən 210 milyon il olan minlərlə dinozavr ayaq izi tapılıb. Bəzi izlərin diametri 40 santimetrə qədər çatır və onlar paralel cərgələr şəklində düzülüb.

Mütəxəssislərin fikrincə, tapıntılar uzun boyunlu, kiçik başlı və ot yeyən prosauropod adlı dinozavr növünə aiddir. Ayaq izlərində barmaq və caynaq izlərinin aydın görünməsi bu canlıların quruluşu barədə mühüm məlumatlar verib.
Alimlər bildirir ki, Trias dövründə bu ərazi dəniz sahili olub və sürülər burada birlikdə hərəkət edib. Bəzi izlər dinozavrların dairəvi şəkildə toplaşdığını göstərir ki, bu da onların müdafiə məqsədli davranış sərgilədiyini deməyə əsas verib.
Əraziyə giriş çətin olduğundan tədqiqatlar əsasən dronlar və uzaqdan müşahidə texnologiyaları ilə aparılacaq. Mütəxəssislər bu kəşfi region üçün böyük elmi xəzinə adlandırıb.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
