Bu gün:

Tramp öldürülmüş Hollivud rejissorunu yenidən tənqid edib


Tramp Rob Reynerin və ya onun həyat yoldaşı Mişelin ölümü ilə bağlı şərhləri üçün heç bir sübut və ya əsas təqdim etməyib.

ABŞ Prezidenti Donald Tramp uzun illərdir Trampın tənqidçisi olan və öldürülmüş Hollivud rejissoru Rob Reyner haqqında əvvəlki açıqlamalarının geniş qınağa səbəb olmasından sonra, onu yenidən tənqid edib.

ABŞ prezidenti jurnalistlərə bildirib ki, rejissor “ölkəmiz üçün çox zərərli idi”. Tramp bundan əvvəl Truth Social platformasında Reynerin ölümünü “Tramp deranjman sindromu” ilə əlaqələndirib - bu, onun tənqidçilərini təsvir etmək üçün tez-tez işlətdiyi termindir.

Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova


Paylaş
Şərh əlavə et