Bu gün:

İndoneziyada sel fəlakəti davam edir


İndoneziyada güclü yağışlar ciddi təbii fəlakətlərə səbəb olub. Sumatra adasında baş verən sel və torpaq sürüşmələri minlərlə insanın həyatına təsir göstərib. Hadisə ölkə üzrə fövqəladə vəziyyət kimi qiymətləndirilib.

Rəsmi məlumatlara görə, fəlakətlər nəticəsində həyatını itirənlərin sayı 1030 nəfərə çatıb, 206 nəfər isə itkin düşüb. İndoneziya hökuməti bölgəyə minə yaxın ağır texnika, həmçinin humanitar yardım üçün helikopter və təyyarələr göndərib. Zərərçəkən ərazilərdə yolların böyük hissəsi bərpa edilsə də, bəzi yaşayış məntəqələri hələ də təcrid olunmuş vəziyyətdədir.

Prezident Prabovo Subianto bildirib ki, tam bərpa prosesi vaxt aparacaq, lakin 2–3 ay ərzində normal həyata qayıdış hədəflənir.

Hökumət zərərçəkənlər üçün minlərlə müvəqqəti və daimi yaşayış evi tikməyi planlaşdırıb. İlkin hesablamalara əsasən, infrastrukturun bərpası üçün xərclər milyardlarla dolları ötə bilər.

Mənbə: TRT Haber                               

Tərcümə etdi: Fidan Mənsimova





Paylaş
Şərh əlavə et