Bu gün:

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılışı mərasimi keçirilib


Hərbi Dəniz Qüvvələrinin (HDQ) "N" hərbi hissəsində "Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun növbəti buraxılış mərasimi təşkil olunub.

24media.az bildirir ki, tədbirdən əvvəl hərbi hissənin ərazisindəki şəhidlər memorial kompleksi ziyarət edilib, önünə gül dəstələri düzülərək xatirələrinə ehtiram göstərilib. Buraxılış mərasimində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən HDQ komandanı kontr-admiral Şahin Məmmədov kursu uğurla bitirən hərbçiləri təbrik edib. O, Azərbaycan və Türkiyə ordularının peşəkar təlimatçılarının da cəlb olunduğu kursların yüksək səviyyədə təşkilinə görə heyətə təşəkkürünü bildirib.

Mərasimdə Azərbaycan və Türkiyədən olan təlimatçılara, kursu müvəffəqiyyətlə başa vuran məzunlara fəxri fərmanlar, fərqlənmə döş nişanları və qiymətli hədiyyələr təqdim olunub. Kurs birincisi mərasimin sonunda yaş kötüyə rəmzi emblem vuraraq uğurunu simvolizə edib.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et