Avropa İttifaqına üzv dövlətlər Cənubi Qafqazda nəqliyyat və digər kommunikasiyaların açılmasına, eləcə də Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəlilədilməsinə dəstək verdiklərini açıqlayıblar.
24media.az bildirir ki, bu mövqe Brüsseldə Aİ Xarici İşlər Nazirləri Şurası çərçivəsində keçirilən və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirak etdiyi görüşdə səsləndirilib.
Görüş zamanı regional proseslər müzakirə edilib, eyni zamanda Aİ ilə Ermənistan arasında əməkdaşlığın mövcud durumu və gələcək istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Aİ tərəfdaşları regionda sabitliyin möhkəmləndirilməsi baxımından sülhə və kommunikasiyaların açılmasına yönəlmiş təşəbbüslərə dəstəyini bir daha təsdiqləyiblər.
Aİ rəsmi olaraq Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyir və tərəfləri qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh sazişinin ratifikasiyası istiqamətində dialoqa davam etməyə çağırır.
Aytac Musayeva
