Cəmi bir saatlıq güclü yağış köhnə şəhərdə evləri və dükanları su altında qoyub. Çərşənbə axşamı daha güclü yağış yağacağı gözlənilib. Mərakeşin Atlantik okeanı sahilindəki Safi əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 37 nəfər həlak olub.

Bazar ertəsi dövlətə məxsus SNRT News yerli hakimiyyət orqanlarına istinadən bildirib ki, bazar günü qəfil yağan güclü yağışdan sonra ən azı 14 nəfər xəstəxanada, o cümlədən ikisi reanimasiya şöbəsində müalicə alıb.
Safi qubernatorluğu açıqlamasında axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini və zərər çəkmiş ərazilərin təhlükəsizliyini təmin etmək və sakinlərə dəstək vermək üçün lazımi tədbirlərin görüldüyünü bildirib.
Mənbə: Aljazeera.com
Tərcümə etdi: Əli Balayev
