Əfsanəvi Hollivud kinorejissoru, eyni zamanda aktyor Rob Reyner və onun həyat yoldaşı Mişel Los-Ancelesdəki evlərində ölü tapılıblar.
Reyner “When Harry Met Sally”, “This Is Spinal Tap”, “Stand By Me”, “Misery” və “A Few Good Men” kimi müxtəlif janrlarda klassik filmlərin rejissoru kimi tanınır.
Ailə nümayəndəsi ABŞ mediasına verdiyi açıqlamada cütlüyün ölümünü təsdiqləyib. Hollivudun tanınmış simalarından, eləcə də Barak Obama və Nensi Pelosi də daxil olmaqla nüfuzlu Demokrat siyasətçilərdən başsağlığı mesajları gəlib.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
