Bu gün:

Sidneyin Bondi çimərliyində terror hücumu


Avstraliyanın Sidney şəhərində yerləşən Bondi çimərliyində baş verən silahlı hücum nəticəsində 15 nəfər həyatını itirib. Avstraliya Baş naziri Entoni Albanesi hadisəni "ifratçı ideologiya ilə motivasiya olunmuş terror aktı" adlandırıb.

Hücum günü Bondi çimərliyi yaxınlığında Hannukah bayramı tədbirinə qatılan yəhudi icmasını hədəf alıb. Təsdiq edilən məlumatlara görə, silahlılar tədbir iştirakçılarını atəşə tutublar.

Polis tərəfindən təsdiq edilən məlumata görə, hücumçular ata və oğul olublar. Atası hadisə yerində həlak olub, oğlu isə xəstəxanada ağır vəziyyətdə müalicə alır.

Hücum zamanı təsadüfən hadisə yerində olan Əhməd əl-Əhməd adlı şəxs, silahlılardan birinin silahını əlindən almağa çalışarkən çiyinindən 4-5 güllə yarası alıb. Yeni Cənubi Uels ştatının baş naziri Kris Minnz xəstəxanada onu ziyarət edib.

Hadisə Avstraliyada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı yeni müzakirələrə səbəb olub. Polis terror motivasiyası ilə bağlı araşdırmanı davam etdirir.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et