Bu gün:

Qarabağda yanğın təhlükəsizliyi üzrə maarifləndirmə tədbirləri keçirilib


Fövqəladə Hallar Nazirliyi ölkə üzrə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.

24media.az bildirir ki, FHN-in mətbuat xidmətinin məlumatına görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional idarəsinin əməkdaşları tərəfindən həmin ərazilərdə yaşayan, çalışan və müvəqqəti səfər edən vətəndaşlarla yanğın təhlükəsizliyinə dair profilaktik söhbətlər aparılıb.

Maarifləndirmə tədbirləri Şuşa şəhərində, eləcə də Ağdam, Füzuli, Xocalı və Laçın rayonlarında təşkil olunub. Tədbirlər çərçivəsində məskunlaşan əhali, tikinti və bərpa işlərində çalışan şəxslər, ictimai iaşə obyektlərinin əməkdaşları, həmçinin meşə və açıq ərazilərə üz tutan vətəndaşlara yanğın təhlükəsizliyi qaydaları ətraflı izah edilib, onlara məlumatlandırıcı materiallar paylanıb.

Nazirlik işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl olunmasının vacibliyini bir daha vətəndaşların diqqətinə çatdırıb.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et