Bu gün:

Rusiyada "Roblox"-un qadağan olunmasına etiraz aksiyası keçirilib


Rusiyanın Tomsk şəhərində onlarla insan ABŞ-yə məxsus uşaq oyun platforması "Roblox"-un qadağan olunmasına etiraz edib. Bu, ölkədə nadir ictimai narazılıq nümunələrindən biri olub.

Rusiyanın rabitə nəzarət orqanı “Roskomnadzor” dekabrın 3-də "Roblox"-un uşaqların mənəvi inkişafına zərərli olduğu səbəbilə bloklandığını açıqlayıb. Lakin bir çox rusiyalı bu cür qadağaların effektivliyini sual altına alır və VPN-lə asanlıqla keçilə biləcəyini bildirir.

Etirazçılar “"Roblox"-a toxunmayın” və “Rəqəmsal Dəmir Pərdənin qurbanı” kimi plakatlar qaldırıblar. Qadağa uşaq təhlükəsizliyi, senzura və texnologiyaya nəzarət mövzusunda geniş müzakirələr yaradıb.

Bəzi valideyn və müəllimlər "Roblox"-un uşaqları yetkinlər və qeyri-etik məzmunlarla təmasda saxlamaq riskindən narahat olduqlarını bildiriblər. Roblox şirkəti isə təhlükəsizliyə ciddi önəm verdiyini və müxtəlif qoruyucu sistemlər tətbiq etdiyini bildirib.

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş