Bu gün:

Məşhur kino şirkəti satışa çıxarılıb


Hollivudda bir vaxtlar ən güclü studiyalardan biri olan Varner Bros-un zəifləməsi və satışa çıxarılması kino sənayesində ciddi narahatlıq yaradıb. "Netflix" və "Paramount" şirkətləri tarixi studiyanı almaq üçün mübarizə aparır.

"Warner Bros"un satışa çıxarılması Hollivud sənayesində kədər və narahatlıq yaradıb. Studiyanın əldə oluna biləcək alıcılarının azlığı və minlərlə işçinin işsiz qalma ehtimalı film və serial layihələrinin gələcəyini sual altında qoyur. BBC-yə danışan sənaye nümayəndələri vəziyyəti “fəlakət” və “kabusa bənzər” kimi qiymətləndirib.


Müsahibələr göstərir ki, Hollivud bu halda iki əsas seçim arasında qalıb: kinoteatrların zəifləməsinə görə tənqid olunan texnologiya nəhəngi "Netflix" və ya ABŞ Prezidenti Donald Trampla yaxınlığı ilə tanınan milyarderlərin dəstəklədiyi "Paramount". Hər iki variant sənaye daxilində narahatlıq doğurub.


Vəziyyətin əsas məsuliyyəti "Warner Bros Discovery"nin baş direktoru Devid Zaslavın üzərinə qoyulur. Onun rəhbərliyi dövründə şirkət milyardlarla dollar zərər edib, minlərlə iş yeri bağlanıb. Bir çox işçi Zaslavın studiyanı “parçalayaraq satmaq” istədiyini iddia edib.


Bütün bu qarışıqlıq fonunda Hollivud işçiləri sənayenin kiçildiyini və süni intellektin artan rolunu nəzərə alaraq gələcək planlarını yenidən gözdən keçirir. "Warner Bros"un taleyi hələ də qeyri-müəyyən olaraq qalır və sənaye böyük dəyişikliklərlə üz-üzədir.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et