ABŞ-nin Rod-Aylend ştatının Providens şəhərində yerləşən Brown Universitetində kütləvi atışma baş verib. Hadisə nəticəsində iki tələbə həlak olub, doqquz nəfər isə yaralanıb.

Atışma şənbə günü yerli vaxtla saat 16:00 radələrində, imtahanların keçirildiyi bir binada, sinif otağında baş verib. Atəş açan şəxsin şübhəli videogörüntüləri polis tərəfindən yayımlanıb və onun axtarışı davam edir.
ABŞ-nin ən qədim və nüfuzlu universitetlərindən biri olan Brown universitetində təhlükəsizlik tədbirləri gücləndirilib. Kampusun bəzi hissələrində tələbələrə polis onları ərazidən çıxarana qədər təhlükəsiz yerdə qalmaq tövsiyə edilib.
Rod-Aylend Xəstəxanasının nümayəndələri yaralıların çoxunun "ağır, lakin sabit" vəziyyətdə olduğunu bildiriblər.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
