Bu gün:

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib


Heydər Əliyev Sarayında Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə təşkil olunub.

24media.az xəbər verir ki, tədbirdə şairin milli ruhu və vətənpərvərlik ideyalarını əks etdirən şeirləri səsləndirilib. Xalq artisti Mehriban Zəki, Əməkdar artist Elşən Rüstəmov, qiraət ustası Sabirə Abdullayeva və bədii qiraətçi Xəzər Süleymanlı şairin əsərlərini səsləndiriblər.

Gecə çərçivəsində Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş mahnılar da səsləndirilib.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama əsasən keçirilib.

Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et