Gürcüstanda keçirilən “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi Fransa olub.

24media.az bildirir ki, ölkəni təmsil edən Lu Deluiz münsiflər heyətindən 152, onlayn tamaşaçı səsverməsindən isə 96 bal toplayaraq birinci yeri tutub.
Azərbaycanı müsabiqədə təmsil edən Yağmur Nəsrullayeva yekun nəticələrə görə 15-ci olub. Tamaşaçı səsverməsində o, 54 xal toplayaraq İspaniya ilə birlikdə 8-ci yeri bölüşüb. Münsiflər heyətindən isə Azərbaycan ümumilikdə 12 xal qazanıb.
Yağmurun çıxışı canlı ifası və pozitiv səhnə təqdimatı ilə tamaşaçıların diqqətini çəkib və Azərbaycan üçün beynəlxalq səhnədə uğurlu təmsilçilik kimi qiymətləndirilir.
Talehə Hüseynzadə
