Bu gün:

“AnewZ” Vardanyan haqda film çəkib


“AnewZ” telekanalı Ruben Vardanyanın fəaliyyəti və təsiri ilə bağlı sənədli film çəkib. “The Oligarch’s Design” adlı film maliyyə gücünün, siyasi təsirin münaqişələrə və ictimai rəyə necə təsir göstərə bildiyini araşdırır.

24media.az bildirir ki, sənədli film Ruben Vardanyanın həyat yoluna fokuslanaraq beynəlxalq hesabatlara, açıq mənbələrdən əldə olunan məlumatlara və daha əvvəl aparılmış araşdırmalara əsaslanır. Filmdə onun Rusiyanın maliyyə dairələrindən Qarabağdakı siyasi proseslərə necə daxil olduğu, 2022-ci ildə Rusiya vətəndaşlığından imtina etməsi və sonradan tanınmamış separatçı qurumda tutduğu vəzifə diqqətə çatdırılır.

Eyni zamanda film Vardanyanın fəaliyyəti ilə bağlı prosesləri daha geniş siyasi və maliyyə kontekstində təqdim edir və ayrı-ayrı şəxslərin regional sabitliyə hansı yollarla təsir göstərə bildiyini göstərir.

Qeyd olunur ki, film hər hansı mövqe bildirməkdən çox, hakimiyyət və təsir mexanizmlərini sənədləşdirməyi, şəffaflıq və ictimai məlumatlılığı artırmağı hədəfləyir.

Sənədli filmin premyerası və efirə verilməsi dekabrın 19-da baş tutacaq.

Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et