Bu gün:

Beynəlxalq daşımalar üçün Azərbaycanda taxoqraf kartları sistemi yenilənib


Bu il Azərbaycanda beynəlxalq avtomobil daşımalarda iş və istirahət rejiminin təmin edilməsi məqsədilə 1921 ədəd rəqəmsal taxoqraf kartı operatorlara və sürücülərə təqdim edilib.

24media.az bildirir ki, son 4 ildə ölkəyə ümumilikdə 12 220 ədəd belə kart gətirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, 30 sentyabr 2025-ci il tarixində "Austriacard Holding" şirkəti ilə rəqəmsal taxoqraf kartlarının istehsalına dair müqavilə üzrə tələb olunan Milli Açarların yenilənməsi prosesi tamamlanıb. Bu yeniləmə Avropa Komissiyasının Birgə Araşdırma Mərkəzinin İtaliyadakı sessiyasında sertifikatlaşdırılaraq istehsalçı şirkətə təhvil verilib.

Prosesin tamamlanması sayəsində, növbəti iki il ərzində rəqəmsal taxoqraf kartlarının verilməsi fasiləsiz şəkildə davam etdiriləcək. Bu da beynəlxalq daşımalar zamanı sürücülərin iş və istirahət rejiminin effektiv şəkildə nəzarət olunmasını təmin edir.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et