Ukrayna rəsmilərinin məlumatına görə, Rusiyanın gecə boyu enerji və sənaye infrastrukturuna hücumları nəticəsində ölkədə bir milyondan çox ev elektrik enerjisindən məhrum qalıb.

Daxili İşlər Naziri İhor Klimenko bildirib ki, beş region zərər görüb, ən azı beş nəfər yaralanıb. Yanğınları söndürmək və enerji təchizatını bərpa etmək üçün işlər aparılır.
Müharibə boyu Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları tez-tez baş verib,, ancaq ölkə qışa yaxınlaşdıqca Moskva zərbələri daha da şiddətləndirib.
Bu hadisələr baş verərkən ABŞ Prezidenti Donald Trumpın xarici nümayəndəsi bu həftə sonu Almaniyaya səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə müharibəyə son qoymaq üçün danışıqlar aparacaq.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
