ABŞ Karib dənizində sanksiyaları pozduğunu iddia etdiyi bir neft tankerini saxlayıb.

Bu addım Vaşinqtonun Venesuelaya qarşı siyasətini daha da sərtləşdirməsi kimi qiymətləndirilib. ABŞ hərbi gəmiləri artıq bir neçə həftədir ki, Latın Amerikasının ətrafında yerləşir. Həmçinin, ABŞ-nin iddia etdiyi narkotik daşınılan qayıqlara edilən hücumlarda onlarla insan həyatını itirib. ABŞ Prezidenti Donald Tramp bununla yanaşı, Venesuela Prezidenti Nikolas Maduronun başına qoyulan mükafatı da ikiqat artırıb. Venesuelanın keçmiş lideri Uqo Çavezin yetirməsi olan Maduro Venesuela Birləşmiş Sosialist Partiyasının (PSUV) lideridir.
Mənbə: BBC News
Tərcümə etdi: Səmayə Səftərova
