Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

24media.az-ın məlumatına görə, iclasda komitə sədri Əjdər Əliyev gündəliyə birinci oxunuşda qəbul olunmuş “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” qanun layihələrinin müzakirəsinin daxil edildiyini bildirib.
Gündəliyin təsdiqindən sonra birinci məsələ üzrə məlumat təqdim olunub və müvafiq qanun layihəsinin Ali Məclisin plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılması barədə qərar qəbul edilib.
İclasın gündəliyində yer alan ikinci məsələ ilə bağlı Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdir müavini, müdir vəzifələrini müvəqqəti icra edən Tofiq Rəcəbli çıxış edərək məlumat verib.
Müzakirələrin sonunda “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” qanun layihəsinin Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunması qərara alınıb.
Fatimə Hüseynova
