Bu gün:

Bu şəxslərə mənzillər veriləcək


Azərbaycan Prezidentinin 2011-ci il Fərmanı ilə yaradılan Komissiyanın növbəti iclası dekabrın 12-də keçirilib. Maliyyə Nazirliyinin məlumatına görə, iclasa Komissiyanın sədri, maliyyə naziri Sahil Babayev rəhbərlik edib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tapşırıqları çərçivəsində indiyədək minlərlə hərbçi dövlət vəsaiti hesabına mənzillə təmin olunub. Bu siyasət Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu xəttinin uğurla davamıdır.

İclasda Müdafiə Nazirliyinin təqdim etdiyi siyahıya əsasən 606 hərbi qulluqçunun tam təmirli mənzillərlə təmin olunması barədə qərar qəbul edilib. Bildirilib ki, bu mənzillər dövlət büdcəsi hesabına alınıb və növbəti il hərbi qulluqçulara təqdim ediləcək.

Talehə Hüseynzadə


Paylaş
Şərh əlavə et