AMEA-nın Gənclər Akademiyasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev Azərbaycan Elm Fondunun mobillik qrantı ilə bir ay müddətində Çinin Enerji Tədqiqatları İnstitutunda elmi iş aparıb.

O, biokütlə tullantılarından alınan liqninin səmərəli şəkildə kimyəvi maddələrə çevrilməsi üzərində çalışıb. Tədqiqatlar nəticəsində liqninin parçalanması və ondan qiymətli aromatik maddələrin əldə olunması istiqamətində yeni katalitik üsullar hazırlanıb. Bu yanaşma həm bioiqtisadiyyata töhfə verir, həm də sənayenin gələcək istifadə imkanlarını genişləndirir.
Səfər zamanı alim Azərbaycan-Çin elmi əməkdaşlığı barədə təqdimatla çıxış edib və öz elmi fəaliyyətinin nəticələrini tərəfdaşlara təqdim edib.
AMEA bildirir ki, ezamiyyət həm elmi nəticələr, həm də gələcək əməkdaşlıq imkanları baxımından əhəmiyyətli olub.
Talehə Hüseynzadə
