Bu gün:

Azərbaycanda kompüter və elektron məhsullarda artım qeydə alınıb


2025-ci ilin ilk 11 ayında Azərbaycanda kompüter, elektron və optik məhsullar, həmçinin elektrik avadanlıqları üzrə ümumilikdə 281,7 milyon manatlıq məhsul istehsal edilib.

24media.az-ın məlumatına görə, hesabat dövründə elektrik avadanlıqlarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 11,2% azalıb. Bunun əksinə olaraq, kompüter, elektron və optik məhsulların istehsalında 49,9% artım qeydə alınıb.

Kompüter istehsalı üzrə ən ciddi artım notbuklarda müşahidə olunub, onların istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9 dəfə artaraq 25 475 ədədə çatıb. Stolüstü kompüterlərin istehsalı isə 34,8% artımla 2 884 ədəd təşkil edib. Ölçmə cihazlarının istehsalı da artım göstərərək 4,4% yüksəlib və 438,2 min ədəd olub.

Elektrik avadanlıqları sahəsində isə geriləmə qeydə alınıb. Güc transformatorlarının istehsalı 73,9% azalaraq 251 ədəd, elektrik tənzimləyici cihazların istehsalı isə 16,5% azalaraq 3 978 ədəd təşkil edib.

Bununla yanaşı, bəzi məhsul növlərində artım davam edib. Elektrik naqillərinin istehsalı 16,9% artım göstərərək 11 513 ton, məişət soyuducu və dondurucularının istehsalı isə 18% artaraq 936 ədəd olub.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda kompüter, elektron və optik məhsullar, eləcə də elektrik avadanlıqları üzrə ümumilikdə 254,6 milyon manatlıq məhsul istehsal edilib. Həmin dövrdə kompüter, elektron və optik məhsulların istehsalı 7,1% artım, elektrik avadanlıqlarının istehsalı isə 29,6% artım göstərib. Notbuk istehsalında 3 dəfədən çox artım, güc transformatorlarının istehsalında isə 60,6% artım qeydə alınıb. Ölçmə cihazlarının istehsalı da 47,3% artıb.

Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et