Bu ilin yanvar–noyabr aylarında Azərbaycanda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 205 milyon 15,5 min nəfər olub.
24media.az bildirir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyon 747,3 min nəfər və ya 1,8 % azdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, sərnişin sayının azalmasının səbəbi əsasən şəhərdaxili nəqliyyatın inkişafı, alternativ nəqliyyat vasitələrinin (taksi, şəxsi avtomobil) daha geniş istifadəsi və iş rejimlərindəki dəyişikliklərlə bağlıdır.
Hazırda Bakı metropolitenində 3 xətt və 27 stansiya fəaliyyət göstərir, xətlərinin ümumi uzunluğu 40,7 km-dir. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən, 2030-cu ilin sonunadək metropoliten şəbəkəsi 5 xət, 76 stansiya, 6 elektrik deposu və 119,1 km uzunluğunda xətlərdən ibarət olacaq.
Aytac Musayeva
