Fransanın paytaxtı Parisdə Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi Ümmülbanu Əsədullayevanın (Banin) anadan olmasının 120 illiyi münasibətilə tədbir keçirilib.
24media.az bildirir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Yeni Sorbon Universitetinin professoru Aleksandr Stroev, Lev Tolstoyun nəticəsi Maksim Marduxayev, fransalı alimlər, jurnalistlər, iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Səfir Leyla Abdullayeva çıxışında Baninin mühacirət həyatı, Fransa ədəbi mühitində keçdiyi çətin və məhsuldar yaradıcılıq yolu, həmçinin Azərbaycan qadınlarının ədəbiyyat tarixində rolu barədə danışıb.
Tədbir çərçivəsində Baninin həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib, həmçinin şəxsi əşya və fotoların sərgisi təşkil olunub.
Aytac Musayeva
