Bu gün:

Sosial sığorta yığımlarında artım qeydə alınıb


Bu ilin yanvar–noyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozu 389,3 milyon manat və ya 7,3 faiz üstələyib. 

24media.az bildirir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Fondun açıqlamasına görə, büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 185,7 milyon manat və ya 10,8 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 428,2 milyon manat və ya 12,6 faiz artıb.

DSMF bildirir ki, sosial sığorta haqlarında artımın əsas səbəbləri rəsmi məşğulluğun genişlənməsi, iqtisadi aktivliyin artması və rəqəmsal hesabatlıq sistemlərinin tətbiqi nəticəsində şəffaflığın yüksəlməsi ilə bağlıdır. Məlumata görə, bu ilin əvvəlindən sığorta olunan şəxslərin sayının artması da daxilolmalarda müsbət dinamikanı dəstəkləyib.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et