Bu gün:

"2024 Eurovision" qalibi Nemo mükafatını geri qaytarır


2024-cü ilin "Eurovision" qalibi, İsveçrə təmsilçisi Nemo İsrailin 2026 yarışmasına qatılmasına icazə verilməsi qərarına etiraz olaraq mükafatını Avropa Yayım Birliyinə (EBU) geri göndərəcəyini açıqlayıb.

Nemo qərarını ABŞ mərkəzli sosial media platforması Instagram-da paylaşdığı video ilə bildirib. O, yarışmada qazandığı təcrübəyə görə minnətdar olduğunu, lakin mükafatın “artıq rəfində durmamalı olduğunu” vurğulayıb.

Sənətçi "Eurovision"un birlik və inklüzivlik kimi dəyərləri təmsil etdiyini, lakin BMT-nin beynəlxalq istintaq komissiyasının müharibənin nəticəsinə baxmayaraq, İsrailin yarışmada iştirakına davam edilməsinin EBU-nun bu prinsiplərlə ziddiyyət təşkil etdiyini deyib.

Nemo mükafatı EBU-nun Cenevrə ofisinə “verdiyiniz sözə sadiq olun” mesajı ilə göndərəcəyini açıqlayıb. O bildirib ki, “səhnədə vurğulanan dəyərlər səhnəarxasında yaşanmadıqca ən gözəl mahnıların belə mənası qalmır”.

EBU-nun 4 dekabrda Cenevrədə keçirilən 95-ci Baş Assambleyasında İsrailin 2026 yarışmasına qatılmasına icazə verilməsi qərarı etirazlara səbəb olub. Qərardan sonra İspaniya, Niderland, Sloveniya, İrlandiya və İslandiyanın dövlət televiziyaları "Eurovision"dan çəkildiklərini bildiriblər.


Mənbə: CNN

Tərcümə etdi: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et