Prezident Rəcəb Tayyib Ərdoğan Türkmənistanın daimi neytrallıq statusunun 30-cu ildönümü münasibətilə səfərdə olduğu Aşqabadda Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

2025-ci ilin BMT Baş Assambleyasının qərarı ilə “Beynəlxalq Sülh və Təhlükəsizlik ili” elan edilməsi və Türkmənistanın daimi neytrallıq statusunun 30-cu ildönümü münasibətilə təşkil olunan “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu”na qatılmaq üçün Aşqabadda olan Ərdoğan Forum çərçivəsində ikitərəfli təmaslarını davam etdirir.
Prezident Ərdoğan Forumdan sonra qaldığı oteldə Vladimir Putinlə görüş keçirib.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Qalın, Prezident Administrasiyasının Kommunikasiya Başkanı Burhanəddin Duran, Prezidentin xarici siyasət və təhlükəsizlik baş müşaviri Akif Çağatay Qılıç, həmçinin AK Partiya sədrinin müavini Halit Yerebaxan iştirak ediblər.
Mənbə: TRT Haber
Tərcümə etdi: Emiliya Vəlicanova
