Bu gün:

Cankuk “Chanel Beauty”nin qlobal səfiri olub


K-pop ulduzu Cankuk (BTS) dünyaca məşhur “Chanel Beauty” brendinin yeni qlobal səfiri elan edilib. Brendin bu addımı “Chanel”in gənc auditoriya ilə əlaqələrini gücləndirmək və müasir pop-mədəniyyətin təsirini brend kimliyinə inteqrasiya etmək məqsədi daşıyır.

Rəsmi açıqlamada qeyd olunur ki, Cankukun güclü vizual stili, qlobal populyarlığı və kreativ imici “Chanel Beauty”nin yeni strategiyasına mükəmməl şəkikdə uyğun gəlir. İncəsənət, dəb və musiqini birləşdirən məşhur kimi tanınan və müxtəlif sahələrdə trend yaradan Cankuk brendin gələcək kampaniyalarında əsas sima olacaq.

Cankukun təyinatı K-pop icması və dəb həvəskarları arasında böyük rezonans doğurub. Milyonlarla paylaşım və müzakirələr onun “Chanel” ilə əməkdaşlığının artıq “il təyinatı” kimi dəyərləndirildiyini göstərir.

Tanınmış ulduzun “Chanel Beauty” ilə ilk fotosessiyası artıq təsdiqlənib və brend 2026-cı ilin əvvəlində yeni kampaniyanın təqdimatını planlaşdırır.

Sosial mediada isə Cankukun təyinatından sonra “Chanel” ilə bağlı postlarda rekord artım qeydə alınıb. Fanatlar onu artıq “Chanel”in yeni üzü kimi adlandırır və kampaniyaya böyük gözləntilərlə yanaşırlar.

Mütəxəssislər hesab edir ki, bu əməkdaşlıq “Chanel Beauty” üçün Asiya və qlobal bazarda daha da böyük rezonans doğuracaq.


Mənbə: economictimes.com

Tərcümə etdi: Şehrin Musayeva




Paylaş
Şərh əlavə et