Dekabrın 12-si Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynamış Ümummilli Lider Heydər Əliyevin anım günü kimi qeyd olunur.

24media.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, eləcə də dövlət və hökumət nümayəndələri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları və diplomatik korpusun təmsilçiləri Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsinin önünə gül dəstələri düzüblər. Onlar müasir, müstəqil Azərbaycanın memarı və qurucusu olan Ümummilli Liderin xatirəsinə dərin hörmətlərini ifadə ediblər.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib və məzarı üzərinə gül dəstələri qoyulub.
