Bu gecə dünyanın müxtəlif bölgələrində ilin ən parlaq təbiət hadisələrindən biri olan Geminid meteor yağışı maksimum fəallıq göstərəcək. Astronomların məlumatına görə, hava şəraiti əlverişli olduqda saat ərzində onlarla parlaq meteor müşahidə etmək mümkün olacaq.

Geminid yağışı hər il dekabr ayında görünür və güclü işıq saçması ilə digər meteor hadisələrindən fərqlənir. Mütəxəssislər bildirirlər ki, müşahidə üçün ən əlverişli vaxt gecə yarısından səhər saatlarına qədər olan müddətdir. Şəhər işıqlarından uzaq ərazilərdə meteorların görünməsi daha asandır.
Alimlər Geminid yağışının mənbəyinin asteroid mənşəli "3200 Phaethon" göy cismi olduğunu qeyd edirlər. Bu amil meteorların digər yağışlarla müqayisədə daha parlaq və davamlı olmasına səbəb olur.
Astronomların sözlərinə görə, müşahidə üçün xüsusi avadanlıq tələb olunmur. Açıq səma altında qaranlıq bir ərazi seçmək kifayətdir.
Mənbə: https://time.com/
Tərcümə etdi: Zəhra Məlikova
