Bu gün:

Türkiyədə yeni regional inzibati məhkəmələrin dairələri müəyyən edilib


Hakimlər və Prokurorlar Şurası (HSK) Antalya, Diyarbəkir və Kayseri şəhərlərində yeni qurulan regional inzibati məhkəmələrin məhkəmə dairələrini müəyyən edib. Qərar Rəsmi Qəzetdə dərc olunub. 

Rəsmi Qəzetdə yayımlanan məlumatda bildirilib ki, Ədliyyə Nazirliyi Kadrlar Baş İdarəsinin təklifi əsasında Diyarbəkir, Ərzurum, Malatya və Van Vergi məhkəmələrinin məhkəmə dairələri yeni yaradılmış Antalya, Diyarbəkir və Kayseri Regional İnzibati Məhkəmələr Baş İdarəsi tərəfindən nəzərə alınaraq yenidən müəyyən edilib. 


Qərara görə:

Malatya vilayəti yeni məhkəmə dairəsi olaraq müəyyən edilib;


Muş vilayəti Van Vergi Məhkəməsinin ədliyyə dairəsindən çıxarılaraq Van, Bitlis və Hakkari vilayətlərinin inzibati sərhədləri daxilində təyin edilib;


Bingöl vilayəti Ərzurum Vergi Məhkəməsinin dairəsindən çıxarılaraq Ərzurum, Ağrı, Ərdahan, Bayburt, Ərzincan, Gümüşhane, Iğdır, Qars və Tuncəli vilayətlərinə daxil edilib;


Diyarbəkir Vergi Məhkəməsinin dairəsi isə Diyarbəkir, Bingöl, Əlazığ və Muş vilayətlərinin inzibati sərhədləri daxilində müəyyənləşdirilib.


Qərar 2 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək.


Mənbə: Trt Xəbər


Tərcümə etdi: Nəzrin Nəsirova

Paylaş
Şərh əlavə et