Rusiya növbəti beş il ərzində NATO ölkəsinə hücum edə bilər. Bu barədə Qərb hərbi ittifaqının rəhbəri ciddi xəbərdarlıq edib.

"NATO müttəfiqləri arasında düşüncə dəyişikliyinə ehtiyac var. On illərdir biz sülh naminə müharibəyə hazırlaşırdıq. İndi isə müharibə naminə sülhə hazırlaşmalıyıq," – Mark Rutte Almaniyada çıxışında bildirib.
O, həmçinin qeyd edib ki, "Rusiya artıq bizim cəmiyyətlərimizə qarşı gizli kampaniyasını eskalyasiya edir. Biz baba və ya ulu babalarımızın yaşadığı miqyasda müharibəyə hazırlıqlı olmalıyıq".
Ruttenin bu xəbərdarlığı ABŞ Prezidenti Donald Trumpın Rusiyanın 2022-ci ilin fevralında başlatdığı Ukraynaya tam miqyaslı işğalına son qoymağa çalışdığı bir vaxtda gəlir.
NATO baş katibinin bu ifadələri Qərb kəşfiyyat xidmətlərinin Rusiyanın niyyətləri ilə bağlı oxşar açıqlamalarını təkrarlayır. Moskva isə bu cür bəyanatları "isteriya" adlandıraraq rədd edir.
Rutte həm də qeyd edib ki, Ukraynaya dəstək "yalnız xeyriyyə məsələsi deyil, həm də Avropanın təhlükəsizliyi məsələsidir”.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
