Bu gün:

Marseldə narkotik dəstələrinin zorakılıqlarının qurbanları uşaqlar olub


Fransanın Marsel şəhərində narkotik dəstələri arasında gedən müharibə nəzarətdən çıxıb. Son həftələrdə zorakılığın artması şəhərdə kütləvi qorxu yaradıb.

15 yaşlı Adel məktəbə gedən uşaqlar tərəfindən yandırılmış vəziyyətdə tapılıb. Onu əvvəl güllələyib, sonra isə bədəninin üstünə benzin tökərək yandırıblar. Bu qətl şəhərdə artan “güllələyib-yandırıb” cinayətlərinin yenisi olub.


Polis və yerli qurumlar bildirir ki, Marseldə narkotik alverinə cəlb olunan yeniyetmələrin sayı sürətlə artıb. Dəstələr 13–14 yaşlı uşaqları aldadıb və ya məcbur edib narkotik satışına qoşdurub. Bir çoxları zorakılıq və təhdid altında işlədilib.


Şəhərdə psixoloji gərginlik dərinləşib. Hüquqşünaslar, polis və icma liderləri dövlətin gücünü itirdiyini və dəstələrin əraziləri ələ keçirib hökmranlıq etdiyini bildiriblər. Keçən ay günahsız gənc polis təlimatçısı Mehdi Kessaci səhv hədəf olaraq güllələnib, nəticədə, narahatlıq daha da artıb.


Polis “təhlükəsizlik bombardmanları” adlanan genişmiqyaslı əməliyyatlar keçirib, lakin narkotik cinayətləri sosial mediada işə götürmə, satış və təbliğat vasitəsilə daha da yayılıb. Marselin ən yoxsul məhəllələri vəziyyətlə mübarizə aparmaqda çətinlik çəkib.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et