Bu gün:

Ukrayna Rusiya neft platformasını vurub


Ukrayna qüvvələri Xəzər dənizində yerləşən Rusiyaya məxsus Filanovski adlı neft platformasına pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib. Hücum nəticəsində platformada istehsalın dayandırıldığı bildirilir. Məlumatı Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmisi açıqlayıb.

Rəsminin sözlərinə görə, hücumda azı dörd PUA iştirak edib. Zərbə Rusiyanın Xəzər dənizi hövzəsindəki ən iri neft yataqlarından biri olan Filanovski platformasında fəaliyyətin müvəqqəti olaraq dayanmasına səbəb olub. Platforma "Lukoil" şirkətinə məxsusdur.

Hadisə Ukraynanın Rusiya neft və qaz sektoruna yönəltdiyi təzyiqləri artırmaq istiqamətində atdığı növbəti addım kimi qiymətləndirilir.

Mənbə: Reuters 

Tərcümə etdi: Zəhra Məlikova

Paylaş
Şərh əlavə et