Bu gün:

Trump 1 milyon dollarlıq “qızıl kart” immiqrasiya vizaları təqdim edib


ABŞ-nin prezidenti Donald Trump ən azı 1 milyon dollar (750.000 funt sterlinq) ödəyə bilən varlı xarici vətəndaşlara sürətli ABŞ vizası təklif edən bir layihə təqdim edib.

Əldə olunan məlumata görə, "Trump qızıl kartı" ölkəyə "əhəmiyyətli fayda" təmin edəcəyini sübut edə bilən şəxslərə verilən ABŞ vizasıdır.

Bu təklif iş vizası haqlarının artırılması və sənədsiz miqrantların deportasiyası daxil olmaqla, Vaşinqtonun immiqrasiya məhdudiyyətlərini gücləndirdiyi bir vaxtda gəlir.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et