İstanbul Respublika Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində jurnalist Mehmet Akif Ərsoy da daxil olmaqla 4 şübhəli həbs edilib.
İstanbul Respublika Baş Prokurorluğunun apardığı narkotiklə bağlı araşdırma çərçivəsində 8 şübhəli barəsində “şəxsi istifadə üçün narkotik və ya stimullaşdırıcı maddələr əldə etmə, qəbul etmə və ya saxlama”, “narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etmə, onların istifadəsi üçün yer və ya fürsət vermə” ittihamları ilə həbs tədbiri aparılıb.
Bölgə jandarmı qrupları tərəfindən saxlanılan Mehmet Akif Ərsoy, Elif Qılınç, Ufuk Tətik, Gizəm Aybaxtı, Ebru Gülan, Mustafa Manaz, Dilarə Yıldız və Busə Öztay əməliyyatları tamamlandıqdan sonra Ədliyyə Tibb Təşkilatına aparılıb.
Ədliyyə Tibb Təşkilatında aparılan əməliyyatlardan sonra şübhəlilər İstanbul Ədliyyəsinə sövq edilib.
Prokurorluq ifadələrindən sonra jurnalist Ərsoy, Manaz, Tətik və Gülanın həbsi, digər şübhəlilər Yıldız, Öztay, Aybaxtı və Qılınç barəsində isə məhkəmə nəzarəti tədbirləri görülməsi tələbi ilə şübhəlilər növbətçi hakimə göndərilib.
Mənbə: Trt Xəbər
Tərcümə etdi: Nəzrin Nəsirova
