Bu gün:

Mariya Korina Maçado Nobel Sülh Mükafatı üçün gizli şəkildə Norveçə gedib


Bir müddətdir ki, gizlənməkdə olan Venesuela müxalifət lideri Mariya Korina Maçado BBC-yə açıqlamasında, Nobel Sülh Mükafatını qəbul etmək üçün Norveçə səyahət etməklə “atdığı risklərin tam fərqində” olduğunu bildirib.

Maçado gecə saatlarında Osloda bir otelin eyvanından əl yelləyərək görüntülənib. Bu, onun yanvar ayından bəri ilk dəfə ictimaiyyət qarşısına çıxmasıdır.

58 yaşlı siyasətçi səyahət qadağasına və Venesuela hökumətinin onu "qaçaq" elan etmək hədələrinə baxmayaraq, ölkədən gizli şəkildə çıxaraq Norveçə gedib.

Osloda emosional anlar yaşanıb. Maçado, Grand Otelin qarşısında toplaşan sevinc içindəki tərəfdarlarına əl yelləyib və onlarla birlikdə mahnı oxuyub. Bu görüntülər sosial şəbəkələrdə geniş rezonans doğurub.

Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova



Paylaş
Şərh əlavə et