Bu gün:

Yaponiya qırıcıları havaya qaldırıb


Yaponiya Müdafiə Nazirliyi bildirib ki, ölkənin hava məkanının yaxınlığında Rusiya və Çinin birgə həyata keçirdiyi patrul uçuşları səbəbilə Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus qırıcı təyyarələr təcili şəkildə havaya qaldırılıb. Nazirliyin məlumatına görə, iki ölkənin strateji bombardmançıları və müşayiət edən aviasiya vasitələri Yaponiyanın hava identifikasiya zonası istiqamətində uçuş həyata keçirib.

Rəsmi açıqlamada qeyd olunub ki, bu cür birgə patrullar regionda təhlükəsizliklə bağlı narahatlığı artırır və Yaponiya hava məkanının qorunması üçün bütün zəruri tədbirlər görülür. Tokio bölgədəki vəziyyətin yaxından izlənildiyini vurğulayıb.

Mənbə: Reuters

Tərcümə etdi: Zəhra Məlikova

Paylaş
Şərh əlavə et