Bu gün:

Luiqi Manjone ilə bağlı polis kamerası görüntüləri yayımlanıb


Manhattan prokurorları bir il əvvəl Pennsilvaniyada McDonald’s-da polisin Luiqi Manjone ilə qarşılaşdığı anı göstərən bədən kamerası görüntülərini yayımlayıb. Manjone Nyu-Yorkda səhiyyə rəhbəri Briyan Tompsonu öldürməkdə ittiham olunub və günahsız olduğunu bildirib.

Müdafiə tərəfi polisin Manjoneyə Miranda hüquqlarını düzgün oxumadığını və əşyalarını order olmadan axtardığını iddia edərək bəzi sübutların məhkəmədən çıxarılmasını tələb edib. İş üzrə dinləmələr Nyu-York Ali Cinayət Məhkəməsində davam edir.


Videoda polis əməkdaşlarının Manjoneyə yaxınlaşıb şəxsiyyət vəsiqəsi istədiyi və onun yanlış ad təqdim etdiyi əks olunub. Məhkəmədə ifadə verən patrulçu Stefan Foks həm Miranda hüquqlarının oxunması, həm də çantanın axtarışı barədə suallara cavab verib.


Dinləmələrdə Manjoneyə aid dəftər və yazılar da daxil olmaqla əlavə sübutlar göstərilib. Hakim bəzi sübutları qəbul etməsə, prokurorların gələcək məhkəmədə təqdim edə biləcəyi materialların məhdudlaşacağı qeyd olunub.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et