Bu gün:

Aİ-nin miqrasiya qaydalarının Türkiyəyə təsiri necə olacaq?


Avropa Birliyi miqrasiya siyasəti haqqında yeni qanunu daxili işlər və ədliyyə nazirlərinin təsdiqlədiyi paket sığınma proseslərinin Aİ sərhədləri xaricində aparılmasını və deportasiyaların sürətləndirilməsini nəzərdə tutur. Bu dəyişikliklərin Türkiyədən edilən sığınma müraciətlərinə də təsir edəcəyi bildirilir.

Son illərdə Aİ ölkələrində sağçı partiyaların miqrasiyanı siyasi təbliğatın əsas mövzusuna çevirməsi qaydaların sərtləşdirilməsində əsas faktor kimi göstərilir. Qərarların 2015-ci ildəki miqrasiya böhranı ilə müqayisədə hazırda qeyri-qanuni miqrasiyanın xeyli azalmasına baxmayaraq, qəbul edilməsi diqqət çəkib.

Aİ-yə sədrlik edən Danimarkanın təkidlə gündəmə gətirdiyi dəyişikliklər arasında ən çox müzakirə olunan məsələ Birlik sərhədləri xaricində “geri dönüş mərkəzləri”nin yaradılmasına imkan verən mexanizmdir. Üçüncü ölkələrdə qurulması planlaşdırılan bu mərkəzlərə sığınma müraciəti rədd edilən şəxslər və Aİ-də qanunsuz yaşayan miqrantlar göndəriləcək.

Bu insanlar deportasiya qərarı verilənədək həmin mərkəzlərdə saxlanacaq və prosesi qəbul edən ölkə ilə Aİ arasında imzalanmış razılaşmalar tənzimləyəcək.

Mənbə: BBC

Tərcümə etdi: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et