Bu gün:

Dünyanın ən böyük turbovintli təyyarəsi qəzaya uğrayıb


Çərşənbə axşamı günü İvanovo vilayətində An-22 hərbi-nəqliyyat təyyarəsi təmirdən sonra sınaq uçuşu zamanı qəzaya uğrayıb. 

"Təyyarə yaşayış olmayan ərazidə qəzaya uğrayıb. Ekipajın taleyini müəyyən etmək üçün qəza yerinə axtarış-xilasetmə qrupu göndərilib", - Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilib. 

TASS-dakı mənbə təyyarədə yeddi nəfərin olduğunu bildirib.

Qəza İvanovo şəhərinin şimalında yerləşən Uvodskoye su anbarı yaxınlığında baş verib. 

Rusiya Müdafiə Nazirliyindəki mənbələr nəşrə bildiriblər ki, təyyarə 50 ildən artıqdır xidmətdədir və uçuş müntəzəm texniki xidmətdən sonra həyata keçirilib. Mənbələrə görə, təyyarə Rusiyada xidmətdə olan sonuncu An-22 olub.

Mənbə: BBC News

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et