Bu gün:

2025-ci il ən isti illərdən biri olacaq


2025-ci il qlobal istilik göstəriciləri ilə yadda qalmağa davam edir və mütəxəssislər ilin tarixdə qeydə alınmış ən isti illərdən biri olacağına əmin olduqlarını bildirirlər.

Avropa İttifaqının İqlim Müşahidə Xidməti yayımladığı son hesabatda ilin yanvar–noyabr ayları üzrə orta temperaturun əvvəlki dövrlərlə müqayisədə xeyli yüksək olduğunu vurğulayıb. Mütəxəssislərin sözlərinə görə, dünya temperaturu təhlükəli hesab edilən 1,5°C həddinə çox yaxınlaşır.

Alimlər xəbərdarlıq edirlər ki, qlobal istiləşmənin sürəti gözləniləndən daha yüksəkdir və bu, yaxın illərdə daha ciddi fəsadlar yarada bilər.

Onların fikrincə, emissiyaların azaldılması istiqamətində dərhal və daha güclü addımlar atılmasa, ekstremal hava hadisələrinin sayı artıracaq. Bu vəziyyət həm təbiəti, həm də milyonlarla insanın gündəlik həyatını risk altında qoyacaq.

Mənbə: Reuters.com

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et