Tailand və Kamboca arasında mübahisəli sərhəd boyu davam edən döyüşlər daha çox ölüm və minlərlə insanın yerindən olması ilə nəticələnir.

Kamboca tərəfi bildirib ki, Tailand qüvvələrinin gecə atəşi nəticəsində iki mülki şəxs də həyatını itirib. Beləliklə, Kamboca tərəfində ölənlərin ümumi sayı yeddiyə çatıb. Tailand isə ən azı üç əsgərinin öldüyünü açıqlayıb.
Hər iki tərəf toqquşmaların baş verdiyinə görə digər tərəfi günahlandırır. Bu toqquşmalar ABŞ Prezidenti Donald Trumpın iyul ayının əvvəllərində vasitəçilik etdiyi kövrək atəşkəsi pozub.
Tailand və Kamboca 800 kilometrlik quru sərhədi boyunca ərazi suverenliyi uğrunda bir əsrdən çoxdur mübarizə aparırlar.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
