Bu gün:

Sızıntı Luvr kitabxanasındakı kitab və sənədləri zədələyib


Böyük səs-küylü oğurluqdan bir neçə həftə sonra Luvr daha da problemlə üzləşib: kitabxanada su sızması baş verib, nəticədə, kitablar zədələnib.

Muzeyin administratorunun müavini Frensis Steynbok sızma nəticəsində əsasən kitablar olmaqla 300-400 əşyanın zədələndiyini və hesablamanın hələ də davam etdiyini bildirib.

O, Fransa mətbuatına bildirib ki, sızma Misirologiya şöbəsində baş verib. Misirşünasların istifadə etdiyi kitablar zədələnib, lakin heç bir qiymətli nəşrə zərər dəyməyib. Onun sözlərinə görə, bunlar 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinə aid Misirologiyaya dair elmi sənədlər və jurnallar olub. 

“Heç bir mədəni irsə ziyan dəyməyib”, - Steynbok AFP xəbər agentliyinə məlumat verib.

O, kitabların qurudulub bərpa ediləcəyini və rəflərə qaytarılacağını söyləyib.

Mənbə: BBC News

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et